Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanda sənətkarlıq: Şəbəkə

Dekorativ sənət növlərindən biri olan şəbəkə sənəti yapışqan və mismar istifadə edilmədən taxta və rəngli şüşələrin birləşdirilməsi üsulu ilə yaranan sənət növüdür.
 
Şəbəkənin naxışları günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir. Palıd, qoz kimi sərt ağaclardan hazırlanan şəbəkənin "Cəfəri", "Səkkiz", "On altı", "Gülabi", "Şəms" və "Bend-i rumi" kimi növləri var.
 
Azərbaycanda şəbəkə sənətinin mərkəzi Şəki şəhəridir.
Şəbəkə XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir.

Oxunub: 423

Əlavə olunub: 27.06.2022 10:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz