Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanda sənətkarlıq: Keçəçilik

Keçəçilik sənəti qədim sənət növlərindən biridir. Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçə xalqımızın məişət və mədəniyyətində özünəməxsus rola malik olub.
 
Belə ki, “Kitabi­Dədə Qorqud” dastanında alaçıqların keçədən tikilməsi, çobanların ondan yapıncı kimi istifadə etmələri, atların keçə ilə bəzədilməsi haqqında məlumat verilir.
 
XI əsrdə yaşamış Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində də keçədən danışılır.
Ağ rəngli yundan hazırlanmış keçələr ən qiymətli keçə hesab olunsa da, qara və qəhvəyi rəngdə də keçələrə rast gəlinir.

Oxunub: 370

Əlavə olunub: 07.06.2022 10:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz