Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

1885-ci ilшт 18 sentyabr tarixi bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür (1885-1948).

Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir ("Leyli və Məcnun", 1908). 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası isə (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. “Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır. Bədii yaradıcılığa publisistika ilə başlayan Ü.Hacıbəyli "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Oxunub: 483

Əlavə olunub: 18.09.2020 14:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz