Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirlir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılsın. 2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bəndin mətnində "30 sentyabr saat 00:00-dək" sözləri "2 noyabr saat 06:00-dək" sözləri ilə əvəz edilsin; 2.2. 1.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: "1.2.5. 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması." 

olaylar.az

Oxunub: 447

Əlavə olunub: 28.09.2020 13:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz