Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistanın musiqi xadimləri ilə görüş

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə aprelin 9-da saat 16.00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçiriləcək.

Görüşün məqsədi iki ölkənin musiqi mədəniyyəti sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbir çərçivəsində Özbəkistan musiqiçiləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Giriş sərbəstdir.

Oxunub: 314

Əlavə olunub: 07.04.2026 10:12

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası