Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan müasir incəsənət növləri

Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Müxtəlif incəsənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkanlar yaradır.
 
Cari ilin 25 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2021-ci ilin II yarımillik iş planına əsasən “Azərbaycan müasir incəsənət növləri” adlı vebinar təşkil olunub.
 
Vebinarda Mərkəzin əməkdaşları ilə yanaşı, kapoeyra ifaçısı, musiqiçi Asya Atayeva, videomontajçı, rejissor Elnur Əliyev, səs rejissoru, musiqiçi Elçin Əhmədov, “Tattoo” üzrə mütəxəssis, rəssam Səadət Cəbiyeva, aranjemançı, musiqiçi Azad Vəliyev, “Qum sənəti” üzrə mütəxəssis, rəssam Ella Əzizbəyova iştirak ediblər.
 
Azərbaycanda fəaliyyət göstərən müxtəlif peşə sahibləri, gənc mütəxəssislər ölkəmizdə kapoeyranın yaranmasından və inkişafından, audiovizual montaj, səs rejissoru, tatu, musiqi, aranjeman, qum sənəti kimi müasir incəsənət növlərinin tarixindən, xüsusiyyətlərindən bəhs edərək sənətə yaradıcı yanaşmanın, onun müasir həyatımıza uyğunlaşmasının vacibliyini, sənətə olan böyük sevgini qeyd ediblər.
 
Tədbir zamanı yaradıcı sənətlərə aid müxtəlif videoçarxlar da təqdim edilmişdir.

Oxunub: 584

Əlavə olunub: 27.11.2021 16:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz