Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan milli geyimləri: Baharı

Baharı adlanan üst geyim tipi ənənəvi qadın geyim kompleksinin tərkib hissəsi olmuşdur.
Baharı Azərbaycanın Gəncəbasar, Naxçıvan, Borçalı, Şirvan və Qərb bölgələrində qadın geyim dəstinin mühüm tərkib hissəsini təşkil edən küləcənin Gəncə-Qarabağ, Lənkəran-Astara, Bakı və b. bölgələrində yayılan bir variantıdır.
Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən, yarımqol oluqdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə və s.) hazırlanır, yaxası boybəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.
Baharının bu xüsusiyyətlərini sənətşünaslıq üzrə mütəxəssis S.S.Dünyamalıyeva da təsdiq edir: ”Baharı çox bəzəkli üst geyimidir.
Məxmərdən tikilən astarlı baharının yaxası açıq, çəpkən yaxası kimi olub, qolu qısa tikilirdi. Ətəyi arxalıq ətəyi kimi əlavə tikilirdi, amma uzunluğu və tikiş texnologiyası ilə fərqlənirdi.
Yaxa, ətək, qol ağzı, cib, yan tikiş, bel kəsiyi boyunca tikmələrlə bəzədilirdi.

Oxunub: 497

Əlavə olunub: 03.07.2022 10:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz