Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan incəsənətində Nizami Gəncəvi irsi

12 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində “Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü” mövzusunda onlayn vebinar keçirilib.
 
Tədbir 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən baş tutub.
 
Nizami Gəncəvi irsinin təbliğatı ilə bağlı keçirilmiş vebinarın məqsədi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin Azərbaycan incəsənətinin müxtəlif sahələrində, yəni musiqi, təsviri incəsənət, kino və bir sıra digər istiqamətlərdə təcəssümü müzakirə olunub.
 
Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, AMEA, Ü.Hacıbəyli adına BMA, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından olan alim və mütəxəssislər iştirak ediblər. Vebinarda Nizaminin qəzəlləri səsləndirilib.

Oxunub: 868

Əlavə olunub: 13.03.2021 16:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz