Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

A.Usubəliyevə Qazaxıstandan təşəkkür məktubu

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev prezident hakimiyyəti formasına həsr olunmuş nüfuzlu beynəlxalq video konfransda iştirak etmişdir. Belə ki, cari ilin 24 aprel tarixində Qazaxıstanın Birinci Prezidentin Fondunun təşkilatçılığı ilə keçirilmiş sözügedən tədbirdə bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədrləri, ədliyyə nazirləri, millət vəkilləri, elmi-tədqiqat institutların rəhbərləri və tanınmış alimlər də iştirak etmişdir. ABŞ, Rusiya, Fransa, Almaniya və sair, ümumilikdə 11 ölkədən artıq nümayəndələrin iştirakı ilə keçirilmiş tədbirdə prezident hakimiyyəti formasının hüquqi, siyasi və fəlsəfi aspektləri geniş müzakirə olunmuşdur. Qeyd edək ki, A.Usubəliyevin məruzəsi “Siyasi iradə, peşəkarlıq və məsuliyyət amilləri: prezident tipli hakimiyyət forması kontekstində” adlandırılmışdır.

Belə ki, Qazaxıstanın Birinci Prezidenti Fondunun icraçı direktorunun imzası ilə Mərkəzimizin direktoruna ünvanlanmış və onun iştirakı, habelə etdiyi məzmunlu məruzəsinə görə təşəkkür məktubunu izləyicilərimizin diqqətinə təqdim edirik.

Bizə və Mərkəzimizin fəaliyyətinə göstərdiyiniz diqqətinizə görə minnətdarıq!

Oxunub: 784

Əlavə olunub: 01.05.2020 07:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz