Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aprelin 14-də saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçiriləcək.
Seminarın məqsədi Azərbaycan folklorunun ən böyük qollarından biri olan aşıq yaradıcılığı vasitəsilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, vətənə olan məhəbbəti öz yaradıcılığında tərənnüm etmiş aşıqların tanıdılması, həmçinin bu qədim irsin gələcək nəsillərə ötürülməsidir.
Seminarda folklorşünas alim və mütəxəssislərin mövzuya həsr olunan çıxışları dinləniləcək, bu ulu sənətin yaşadılması və təbliği ilə bağlı müzakirələr aparılacaq.
Tədbir çərçivəsində tanınmış aşıqların ifalarından ibarət bədii proqram təqdim olunacaq.
Giriş sərbəstdir.
Oxunub: 258
Əlavə olunub: 09.04.2026 10:40