Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Aşıq əsərlərin nota alınması müzakirəsi

Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən olan aşıq sənəti dünya mədəni irsinin mühüm və nadir incilərindəndir. Aşıq sənəti 2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu baxımdan aşıq sənətinin təbliği və tədqiqi aktual və müzakirəli mövzudur.
Bütün Türk coğrafiyasının ortaq incisi sayıla biləcək Aşıq sənətinə Azərbaycanda da kifayət qədər böyük maraq vardır. Aşıq sənətinin tədrisi ölkədə bədii təhsilin önəmli tərkib hissələrindən biridir. Qafqazda yeganə ixtisaslaşmış Aşıq Musiqisi Məktəbi Gədəbəy rayonunda fəaliyyət göstərməkdədir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin iş planına uyğun olaraq aşıq sənətinin tədrisinin araşdırılması və metodiki yardımın göstərilməsinə dair ilkin müzakirələrə start verilmişdir.
Sözügedən müzakirələr çərçivəsində cari ilin 18 fevral tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov ilə onlayn formatda görüş keçirilmişdir.
Görüş zamanı sözügedən mövzuda kifayət qədər araşdırmalar aparan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov aşıq sənətinin tədrisi zamanı bəstəkar əsərlərinin nota alınmasının önəmini vurğuladı. Xüsusilə Aşıq sənətinin tədris vəsaitləri arasında əsərlərin nota alınmasının yeni nəsil aşıqların yetişdirilməsində əsas rol oynaya biləcəyi fikri müzakirə iştirakçıları tərəfindən qeyd edildi.
Yekunda Aşıq sənətinin tədrisi çərçivəsində əsərlərin nota alınmasına dair müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Oxunub: 624

Əlavə olunub: 19.02.2021 18:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz