Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Aktyor Məmməd Bürcəliyev vəfat edib (1914-1994)

1994-cü il 25 noyabr tarixində Xalq Artisti, aktyor Məmməd Bürcəliyev vəfat edib (1914-1994).

Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan M.Bürcəliyev 1935-ci ilədək burada çalışıb. 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

M.Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb, 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. O, “Dəli Kür”, “Qəm pəncərəsi”, “O dünyadan salam” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb.

1944-1945-ci illərdə M.Bürcəliyev Fikrət Əmirovla birgə ilk dəfə Gəncə Dövlət Filarmoniyasını yaradıb və həmin illərdə bu müəssisəyə rəhbərlik edib. M.Bürcəliyev Xalq Artisti Sədayə Mustafayevanın həyat yoldaşı olub

Oxunub: 952

Əlavə olunub: 25.11.2020 08:20

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz