Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Aktyor Brüs Li anadan olub (1940-1973)

1940-cı ilin 27 noyabr tarixində məşhur döyüş ustası və aktyor Brüs Linin doğum günüdür (1940-1973).

Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır.

Məşhur idmançı və aktyorun ölümü bir çoxları üçün hələ də müəmma olaraq qalır. Belə ki, Brüs Li baş rolda çəkildiyi "Ölüm oyunu" adlı film üzərində işləyərkən başağrısı səbəbindən aspirin qarışığı olan preparat qəbul edir. Dincəlmək üçün yatağa uzanır və bir daha ayılmır.

Oxunub: 660

Əlavə olunub: 27.11.2020 06:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz