Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ağstafada ustad dərsləri keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 4-7 oktyabr 2021-ci il tarixlərində təşkil edilən Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin fortepiano ixtisas müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri başa çatıb. Dərslər 4-7 oktyabr tarixlərində Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi Məktəbində həyata keçirilmişdir.
 
Məlum olduğu kimi, ustad dərslər uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, həmçinin böyüməkdə olan gənc nəslin bədii-estetik zövqünün formalaşmasında müsbət rol oynayır. Ustad dərslər fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva tərəfindən reallaşdırılmışdır.
 
Təşkil edilən ustad dərslərdə Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi Məktəbi, Qazax şəhər 1 və 2 saylı UMM, Tovuz şəhər UMM, Tovuz rayon Düz Qırıqlı kənd və Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəblərində fəaliyyət göstərən müəllim və şagird heyəti iştirak etmişlər. Ustad dərslər zamanı adları çəkilən məktəb şagirdlərinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır.
 
 

Oxunub: 468

Əlavə olunub: 19.10.2021 10:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz