Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“8 noyabr – Zəfər günü” adlı onlayn tədbir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2021-ci ilin ikinci yarım ili üçün nəzərdə tutulan iş planına əsasən 5 noyabr tarixində Zəfər günü ilə əlaqədar “8 noyabr – Zəfər günü” adlı onlayn tədbir keçirilmişdir.
 
2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam etmiş və işğal altında olan Qarabağ torpağının düşməndən azad edilməsi ilə nəticələnən Vətən müharibəsi ən parlaq səhifə kimi ölkəmizin tarixinə yazılmışdır. Məhz ölkə rəhbərinin apardığı döyüş strategiyası nəticəsində torpaqlarımız düşməndən azad edilmiş və həmin torpaqlarda müqəddəs üçrəngli bayrağımız dalğalandırılmışdır.
 
Azərbaycan ordusunun cəsur əsgər və zabitləri mərdliklə vuruşaraq misilsiz şücaət göstərmiş, torpaqlarımızı işğalçı düşmən ordusundan təmizləyərək onların hərbi potensialını darmadağın etmişlər.
 
Tədbirin keçirilməsində əsas məqsəd bu şanlı qələbəmizin təbliğatını aparmaq və Azərbaycan ordusunun gücünü nümayiş etdirməkdir.
 
Bu qələbəmizdə uşaqdan böyüyə, müəllimdən həkimə hər bir Azərbaycan vətəndaşı möhtərəm prezidentimiz Cənab Ali Baş Komandanın dediyi kimi dəmir yumruq kimi birləşərək ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasına dəstək oldu.
 
Tədbirə dəvət olunan mütəxəssislərlə yanaşı, Azərbaycan Respublikasında fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəblərinin direktor və şagird heyəti iştirak etmişlər.

Oxunub: 490

Əlavə olunub: 15.11.2021 10:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz