Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi.

General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.

Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.

Oxunub: 489

Əlavə olunub: 26.06.2020 06:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz