Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

6 noyabr Beynəlxalq tolerantlıq günüdür - Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.

Son illərdə dünyada ekstremizm və zorakılığın güclənməsi müşahidə olunur. Tolerant yanaşmanın zəif olması bu mənfi tendensiyanın güclənməsinə təkan verir.

Beynəlxalq Tolerantlıq günü dini inanclarda təcəssüm olunan müxtəliflilik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir.

Bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. 

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Oxunub: 633

Əlavə olunub: 16.11.2020 18:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz