Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günüdür

13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günüdür.

13 noyabr 1745-ci ildə anadan olmuş görkəmli fransız pedaqoqu Valentin Hayuinin şərəfinə bir çox Avropa ölkələri 13 noyabr tarixini Beynəlxalq Korlar Günü kimi qeyd etməklə, mövcud ictimayyətin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətini görmə qüsurlu insanların problemlərinə və onların inteqrasiya məsələlərinə cəlb etmişlər.

Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə 13 noyabr Ümumdünya Gözdən Əlillər Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir.

Azərbaycanda da, beynəlxalq təcrübədə olduğu kimi, aidiyyatı dövlət orqanları tərəfindən gözdən əlil insanların sosial müdafiəsinə, onların təhsil, səhiyyə, idman, məşğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət yetirilir.

Oxunub: 584

Əlavə olunub: 13.11.2020 06:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz