Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Aşıq sənəti

XIII - XIV əsrlərdə formalaşan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və davamçısıdır. Aşıq yaradıcılığı Azərbaycan xalqının tarixində böyük rol oynamış oğuz tayfa birliklərinin sənəti idi.
 
Qədim köklərə malik, mifik ideyalarla zəngin olan ozanlar Dədə Qorqud adət-ənənələrini qoruyub saxlaya bilməyiblər və tədricən öz vəzifələrini aşıqlara veriblər.
 
Aşıq sənəti sinkretik xarakter daşıyır. O musiqi, poeziya, təhkiyə, rəqs, pantomima və teatr sənətinin elementlərini üzvi şəkildə birləşdirir. Aşıq yaradıcılıq, ifaçılıq, pedaqoji əsasları özündə cəmləşdirir.
 
Aşıqların əsas musiqi aləti sazdır. Aşıq yaradıcılığının əsas janrları dastanlar (“Koroğlu”, “Əsli və Kərəm”) və aşıq havalarıdır (“Ruhani”, “Kərəmi”, “Əfşari”, “Misri”, “Dilqəmi”, “Yanıq Kərəmi” və s.).
 
2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxunub: 375

Əlavə olunub: 16.08.2022 09:03

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz