Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq oyunları: Çövkən

Milli oyunlar xalq yaradıcılığının ən qədim növlərindən biridir. Azərbaycan ərazisində qədim tarixə malik olan oyunlardan biri də çövkən oyunudur. Komanda oyunu olan çövkən tarixi mənbələrə əsasən eramızın I minilliyinin ortalarında meydana gəlmişdir.
"Kitabi-Dədə Qorqud” dastanında, N. Gəncəvinin “Şərəfnamə" və “Xosrov və Şirin" poemasında, çövkən oyunu haqqında bir sıra məlumatlara rast gəlinir. Çövkən oyununda iki dəstəyə ayrılan iştirakçılar iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirməlidir.
Qarabağ atı ilə oynanılan çövkən oyunu ikihissəli olmaqla 30 dəqiqə davam edir. Çövkən oyunu 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Oxunub: 69

Əlavə olunub: 04.08.2022 20:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz