Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq oyunları: Baharbənd

Baharbənd oyunu milli atüstü oyunlardan biridir. Oyun ən çox bahar fəslində, Qarabağda meşə ilə əhatələnmiş “bənd” adlı dağətəyi düzənlikdə keçirilib.
Tədqiqatçıların fikrincə bənd adlı bu düzənliklərdə at çapmaq çətin və olduqca təhlükəli imiş, bu oyun vasitəsilə mahir atlıların kim olduğu məlum olurdu. Oyunun qaydalarına əsasən oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini bir-bir çıxararaq yerə atır.
Müəyyən məsafə qət etdikdən sonra atı cəld geri döndərib təkrar getdiyi yolu geri qayıdır. Oyunçu atın cilovunu yığmadan sıra ilə yerə atdığı əşyaları yerdən götürüb geyiləni geyir, bağlananı isə bağlayır. Bu minvalla əməliyyatı cəld şəkildə yerinə yetirən atlı oyunun qalib sayılır.

Oxunub: 500

Əlavə olunub: 29.09.2022 14:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz