Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa ziyalıları: Aydın Qaradağlı

Aydın Qaradağlı 1929-cu il 20 avqust tarixində anadan olmuşdur. Əslən Şuşalı olan Aydın Qaradağlı Azərbaycanda diktorluq məktəbinin banilərindən olmuşdur.
Sənətinin ilklərindən olmuş Aydın Qaradağlı el arasında “Azərbaycanın Levitanı” kimi tanınmışdır. Hamının bəyəndiyi səsin sahib olan Aydın Qaradağlını Xalq şairi Səməd Vurğun “qızıl səsli sənətkar” adlandırmışdı.
Böyük şair həmişə şeir və poemalarını ancaq Aydın Qaradağlıya həvalə edər və onun diksiyasının bambaşqa olduğunu qeyd edərdi.
 
Azərbaycan ədəbiyyatının təbliğatçılarından olan Aydın Qaradağlı diktorluqla yanaşı 1964-1968-ci illərdə Dövlət Radiosunun baş rejissoru, 1970-ci ildə isə Proqram Baş redaksiyasının baş redaktoru vəzifələrində də çalışmışdır.
Ulu öndər Heydər Əliyev haqqında hazırlanan verilişlər, ölkə başçısının rəsmi görüşləri, səfərləri məhz onun səsi ilə radio dinləyicilərinə çatdırılırdı. Onun istedadı və bacarığı ulu öndərimizin diqqətindən qaçmamışdı və o diktorlar arasında ilk dəfə olaraq “əməkdar artist” fəxri adına layiq görülmüşdür.

Oxunub: 359

Əlavə olunub: 11.08.2022 10:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz