Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
Naxçıvan abidələri: Naxçıvanqala
Hazırda Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərən Naxçıvanqalanın sonuncu Sasani hökmdarı III Yezdəgird tərəfindən inşa edildiyi ehtimal olunur.
Qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Narınqalanın qalıqları günümüzədək gəlib çatmışdır.