Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyətin yeni fəaliyyət paradiqmaları

Formalaşan yeni reallıq və bu səbəbdən meydana gələn müxtəlif sosial-siyasi, habelə iqtisadi təzahürlər mədəniyyət sahəsinə də təsir etməyə bilməz. Təhlükəli halların qarşısının alınması və mövcud sahənin davamlı inkişafının təmin olunması məqsədilə mövcud sahədə çalışan əməkdaşlarda yeni peşə səriştələrinin formalaşmasını qaçılmaz edir. Qısa müddət ərzində mədəniyyət müəssisələri əhaliyə təqdim edə biləcək yeni növ xidmətlər formalaşdığı halda müəssisələrin sosial aktuallığın qorunması mürəkkəb vəzifəyə çevrilə bilər. Qeyd olunanlar fəaliyyətin əlaqələndirilməsini və yeni metodiki üsulların müəyyən olunmasını tələb edir.

Kreativ səriştələrin əməkdaşlar arasında yayılması və yeni peşə təfəkkürün formalaşması məqsədilə reallaşan növbəti layihə cari ilin 23 aprel tarixində reallaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə qeyd olunan tarixdə Mədəniyyət İşçilərinin I Ümumrespublika Metodiki Vebinarı keçirilib.

            Nazirliyin 15 Regional Mədəniyyət İdarələrinin təmsilçilərinin iştirakı ilə keçirilmiş video seminar zamanı virtual xidmətlər, yeni səriştələr, mədəniyyət siyasəti, mədəniyyətin təbliğində yeni texnologiyaların rolu, fəaliyyətin qiymətləndirilməsində yeni meyyarlar və sair bu kimi aktual məsələlər ətrafında fikir mübadilələri təşkil olunub.

Vebinar çərçivəsində elmi katib Cavid Əliyev yeni dövr üçün artıq bir neçə il öncədən Mərkəz tərəfindən müxtərlif ilkin addımların atılması, 2015-ci ildə Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun yaradılması, sosial təcridəqədərki dövrdə təşkil olunan konfrans və seminarlarda “gələcək konsepsiyalara dair” mövzuların müzakirə olunması yeni çağırışlara nisbətən hazırlıq kimi qiymətləndirmişdir.  

Mərkəzin Metodiki iş şöbəsinin İncəsənət sahəsi ilə iş sektorunun müdiri Nadir Məmmədov sosial təcrid dövründə cəmiyyətin yüksək əhval ruhiyyəsinin qorunub saxlanılması üçün mədəniyyət işçilərinin üzərinə düşən məsuliyyətdən söhbət açmışdır.   

Vebinarda iştirak edən mədəniyyət işçilərindən Sumqayıt Reginal Mədəniyyət İdarəsi 4 saylı diyarşünaslıq klubunun metodisti Səadət Nəcəfova  və Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov da öz təcrübəsindən və karantin dövrünün daha səmərəli keçirilməsindən bəhs etmişlər.

Mərkəzin direktoru Asif Usubəliyev təşkil olunan vebinarın əhəmiyyətindən danışarkən Nazirlik tərəfindən mövcud istiqamətdə görülən işlər haqqında geniş məlumat vermişdir. Xüsusi olaraq postkoronavirus dövründə mədəniyyətin öz sosial və siyasi aktuallığının qorunması üçün görə biləcək işlər ətrafında diskussiya yaranıb.

 Vebinarın yekununda isə mövzu ətrafında müzakirələr aparılmışdır.

 

Oxunub: 645

Əlavə olunub: 24.04.2020 12:14

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz