Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət işçilərin ixtisasartırma təlimləri

Dəyişən reallıq və meydana gəlmiş yeni şərtlər mütləq olaraq konkret sahələrdə çalışan əməkdaşlarda yeni peşə səriştələrin formalaşmasını tələb edir. Yeni yanaşma və müasir peşə təfəkkürü konkret sahələrin aktuallığını qoruyub saxlamaqla yanaşı sahənin davamlı inkişafını təmin edə bilər. Bu gün dünyada müşahidə olunan pandemiya dövlətlərin davamlı inkişafının təmin olunmasında, cəmiyyətin rəqəmsal formada idarə olunmasında elmin və təhsilin əhəmiyyətini ön plana çəkmişdir. Ölkəmizdə təhsil, əlavə təhsil və onun bir istiqməti olan ixtisasartırmanın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz rəqəmsal fəaliyyətini inkişaf etdirərək sahədə çalışan əməkdaşların təhsil səviyyəsinin yüksəldilməsinə, onlarda müasir peşə səriştələrinin, kreativ bacarıqların formalaşmasını diqqət mərkəzində saxlamış və bu məqsədlə müxtəlif təyinatlı təlimlər həyata keçirmişdir.

Belə ki, ölkəmizdə yaranmış mürəkkəb vəziyyəti, əhalinin sosial təcrid dövrünü nəzərə alaraq, mərkəz tərəfindən respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri işçiləri üçün təlimləri onlayn, elektron formatda davam etdirir.

         Aprel ayı ərzində şəhər (rayon) mədəniyyət müəsissələrində çalışan əməkdaşlar üçün ”Sosial izolyasiya tədbirləri çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri”, “Evdə qal, sağlam qal, kitabla mənəvi inkişafa yol al!”, “Kitabxanalar tərəfindən oxuculara virtual oxu xidməti”, “Virtual ünsiyyət mədəniyyəti”, “Böhranlı vəziyyətdə muzeylərin fəaliyyət istiqamətləri”, ”Müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə onlayn kitabxana-informasiya xidmətinin təşkili istiqamətləri”, ”Kitabxana praktikasında innovativ kütləvi tədbirlər”, ”Kitabxanalarda büdcədənkənar vəsaitlər və pullu kitabxana xidmətləri, “Elektron Hökumət”, “Mövcud vəziyyətdə mədəniyyət fəaliyyəti subyektlərinin mədəni sərvətlərin təşviqində rolu”, “Mədəniyyət müəsissələri subyektlərinin qeyri-maddi mədəni irs numunələrindən istifadə qaydaları”, “Muzey əşyalarının mövcud vəziyyətdə təbliği və təşviqi məsələləri”, "Virtual ekspozisiyaların təqdimatı" və s. bu kimi mövzulara həsr olunmuş təqdimat və video dərslər nümayış edilmişdir.

         Təlimlər öncədən tərtib edilmiş və nümayış olunmuş elektron cədvələ uyğun olaraq Mərkəzin rəsmi ”Facebook” səhifəsində və youtube kanalında yayımlanmışdır. Qeyd etmək lazımdır ki, virtual təlimlər ümumilikdə 7500-dən çox izləyici tərəfindən baxılıb, 6000 izləyici tərəfindən bəyənilib və 2000-ə yaxın şərh bildirilmişdir. Bu rəqəmlər virtual təlimlərin marağ mərkəzində olduğunun göstəricisidir.

         Qeyd edilməlidir ki, mərhələli şəkildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müxtəlif kateqoriyalı əməkdaşları, Mədəniyyət mərkəzləri və klub müəssisələri, həmçinin Heydər Əliyev Mərkəzlərinin əməkdaşları üçün də onlayn təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Xüsusi olaraq vurğulanmalıdır ki, ən fəal təlim izləyicilərinə Mərkəz tərəfindən Sertifikat təqdim ediləcəkdir.

 

Oxunub: 703

Əlavə olunub: 04.05.2020 12:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz